İran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib
sizinxeber.az xəbər saytı

İran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib


ABŞ ilə İran arasında ilkin memorandum üçün heç bir mətn təsdiqlənməyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İranın danışıqlar qrupuna yaxın olan məlumatlı mənbə "Fars" agentliyinə bildirib.

Qeyd olunub ki, Birləşmiş Ştatların Prezidenti bir neçə saat əvvəl "Truth Social" sosial şəbəkəsində İranın ən yüksək səviyyədə ilkin memorandumun mətni ilə razılaşdığını açıqlayıb.

"Bir neçə dəqiqə sonra o, Amerikanın "New York Post" qəzetinə müsahibəsində analoji bəyanat verərək sözügedən mətnin razılaşdırıldığını deyib", - məlumatda xatırladılıb.

Qeyd olunub ki, Trampın bəyanatı, İran və ABŞ-nin cümə axşamına keçən gecə atəşkəs elan edildikdən sonra ən ciddi toqquşmalardan birini yaşadığı bir vaxtda səslənib.

Daha əvvəl Tramp razılaşma əldə olunduğu üçün İrana qarşı əvvəlcədən planlaşdırılmış zərbələri ləğv etdiyini vurğulayıb. "Axios"un müxbiri Barak Ravid isə İran rəsmilərinə istinadən "X" sosial şəbəkə hesabında yazıb ki, yekun sənəd hələ İranın Ali rəhbəri Müctəba Xamenei tərəfindən təsdiqlənməyib.

Oxşar xəbərlər

Barak Ravid: İran-ABŞ razılaşmasını Xameneinin təsdiqləməsi gözlənilir
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
Tramp İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqlayıb
İran KİV Trampın atəşkəs bəyanatını təkzib edir
Tramp: İran münaqişəsi sona yaxınlaşır – YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər