Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub
sizinxeber.az xəbər saytı

Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Volqoqrad vilayətində yerləşən neftin ixraca hazırlanması və nəqli sexinə, həmçinin Krasnodar diyarının Volna qəsəbəsindəki “Tamannefteqaz” terminalına zərbələr endirib.

Bu barədə “UNIAN” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, iyunun 13-nə keçən gecə Ukrayna qüvvələri Volqoqrad vilayətindəki neft emalı və ötürülməsi obyektinə zərbə endirib. Hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın baş verib.

Bildirilib ki, sözügedən obyekt neftin hazırlanması, nəqli və magistral boru kəmərləri vasitəsilə Rusiyanın neft emalı müəssisələrinə və ixrac infrastrukturuna ötürülməsini təmin edir. Obyekt, həmçinin Korobkovskoe neft-qaz yatağından və qonşu regionlardakı yataqlardan hasil olunan neftin emalında istifadə olunur.

Eyni zamanda Ukrayna qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən “Tamannefteqaz” neft-qaz terminalına zərbə endirib. Nəticədə neft məhsulları saxlanılan çənlər, kompleksin infrastrukturu və Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin mövqeləri zədələnib.

Bununla yanaşı, Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhəri yaxınlığında və Zaporojye vilayətinin Verxnyaya Krinitsa yaşayış məntəqəsi ətrafında yerləşən Rusiya qoşunlarının idarəetmə məntəqələrinə və cəmləşmə rayonlarına da zərbələr endirib.

Oxşar xəbərlər

Ukrayna ordusu Tatarıstanda iki neft emalı zavoduna zərbələr endirib
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib
Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib
Ukraynanın dron zərbəsi nəticəsində Rusiyadakı "Zenzevatka" stansiyasında neftin nəqli dayandırılıb
Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər