Bakı və Amsterdam niderlandlı diplomatların Azərbaycana səfərinin yekunlarını qiymətləndirib
Azərbaycanın Amsterdamdakı səfiri Məmməd Əhmədzadə Niderland Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələri ilə onların bu yaxınlarda Bakıya səfərindən sonra ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
M.Əhmədzadənin sözlərinə görə, Azərbaycan səfirliyində Niderlandın Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və bu ölkənin XİN-in nəqliyyat əlaqələri məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes ilə görüş keçirilib.
"Niderland XİN-in nəqliyyat infrastrukturu məsələləri üzrə xüsusi elçisi Bernhard Kelkesi və Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi elçisi Reyn Dekkersi onların bu yaxınlarda Azərbaycana etdikləri səfərdən sonra əməkdaşlığın genişləndirilməsi imkanlarına dair dəyərli fikir mübadiləsi aparmaq üçün səfirliyimizdə salamlamaqdan məmnunuq", - səfir qeyd edib.
Xatırladaq ki, iyunun 3-də Niderlandın Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və bu ölkənin XİN-in əlaqələr məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Azərbaycana səfər edib və bir sıra rəsmi şəxslə görüşlər keçiriblər.
Oxşar xəbərlər
BMT Baş katibinin xüsusi elçisi Dəməşqdə Suriyanın təhlükəsizliyi və sabitliyini müzakirə edib
Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi elçisi Kiyevə səfər edəcək
İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
İran Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndə təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
