Seulda Koreya şirkətlərinin Ələt AİZ-ə cəlb edilməsi imkanları müzakirə olunub
Ələt Azad İqtisadi Zonasının (AİZ) səlahiyyətli orqanının İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
Səfər çərçivəsində nümayəndə heyəti İnçon AİZ administrasiyasının komissarı Yun Vok Sok ilə görüş keçirib, görüş zamanı tərəflər AİZ-in inkişafı ilə bağlı məlumat, bilik və təcrübə mübadiləsi aparıblar.
Həmçinin Koreya Beynəlxalq Ticarət Assosiasiyasının vitse-prezidenti Kim Gi Hyun və Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı vitse-prezidenti Ciyun Li ilə görüşlər keçirilib. Görüşlər zamanı Cənubi Koreya şirkətlərinin Ələt AİZ-də layihələrin həyata keçirilməsinə cəlb edilməsi imkanları və perspektivləri müzakirə olunub.
Seulda “Ələt Azad İqtisadi Zonası: Koreyanın istehsal şirkətlərinin potensialının üzə çıxarılması” mövzusunda keçirilən tədbirdə Cənubi Koreyanın dövlət qurumları, biznes assosiasiyaları, şirkətləri, tədqiqat institutları və KİV nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edəcək
Blinken Koreya Respublikasının prezidenti səlahiyyətlərinin icraçısı ilə görüşüb
Antoni Blinken Yaponiya XİN başçısı ilə Şimali Koreya məsələsini müzakirə edib
Cənubi Koreya və ABŞ diplomatları Münxendə danışıqlar planlaşdırırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
