Ötən ay 68 şəxs Avropa ölkələrindən Azərbaycana qaytarılıb
Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin may ayı ərzində 68 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edilib ki, cari ilin may ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 5221, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 436 müraciət daxil olub.
“Həmçinin müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 759 müraciət daxil olub.
Bundan əlavə, ötən ay əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 26512 müraciət daxil olub”,- məlumatda qeyd edilib.
Oxşar xəbərlər
6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib
Ötən ay Avropadan Azərbaycana 42 şəxs readmissiya olunub
Ötən ay 1169 əcnəbi Azərbaycanda iş icazəsi almaq və iş müddətini uzatmaq üçün müraciət edib
Bu il Avropa ölkələrindən Azərbaycana readmissiya olunanların sayı açıqlanıb
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
