Belçika Ukraynaya ildə bir milyard avroluq silah tədarük etməyi planlaşdırır
Belçika hökuməti Ukraynaya ildə bir milyard avro dəyərində silah tədarük etməyi və F-16 qırıcılarının çatdırılmasını sürətləndirməyi planlaşdırır.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin görüşünə gedərkən bildirib.
Belçika atəşkəs əldə edildikdən dərhal sonra Fransa və Böyük Britaniyanın başçılıq etdiyi "Arzuedənlər koalisiyası"nın tərkibində Ukraynaya qoşun göndərməyə hazırdır.
"Belçika Ukraynaya bir milyard avro məbləğində hərbi yardım göstərəcək. Bu tranş artıq təsdiqlənib və biz bu dəstəyi hər il təmin etməyə hazırıq", - Franken bildirib.
O həmçinin qeyd edib ki, Belçika F-16-ları razılaşdırılmış müddətdən daha tez tədarük etməyə çalışır.
Oxşar xəbərlər
Belçika Ukraynaya 1 milyard avro ayırıb
Belçika Ukraynaya hərbçilərini göndərə bilər
Belçika Ukraynaya üç ədəd haubitsa verə bilər
Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib
Avropa İttifaqı Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
