Tayani: İtaliya Hörmüz boğazında Aİ-nin dəniz missiyasının genişləndirilməsinə etiraz edir
İtaliya Hörmüz boğazının açılması və tam fəaliyyətinin bərpası üçün Aİ-nin dəniz missiyasının cəlb edilməsinə qarşı çıxır.
"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ASPIDES missiyası Qırmızı dənizdə və Süveyş kanalında dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi üçün gücləndirilməli, Hörmüz boğazında gəmilərin sərbəst keçidinin təmin edilməsi üçün əlavə diplomatik səylər göstərilməlidir.
"Biz bu istiqamətdə işləməyə davam edəcəyik, onu və ATALANTA missiyasını gücləndirməyə hazırıq, lakin düşünmürəm ki, onlar Hörmüz boğazına genişləndirilə bilər, həm də ona görə ki, onların fərqli vəzifələri var: biri dəniz quldurluğu ilə mübarizəyə, digəri isə müdafiəyə yönəlib, yəni bunlar fərqli missiyalardır", - Tayani bildirib.
O, həmçinin NATO-nun baş katibi Mark Rütte ilə görüşü barədə danışıb və bu görüşdə İtaliyanın Ukraynanın dəstəklənməsinə və NATO ilə sazişlərə sadiqliyini təsdiq edib.
"Bizim hərbçilərimiz azaldılmış tərkibdə olsa belə NATO bazalarında qalacaqlar. İŞİD-ə qarşı koalisiyada hərbçilərin sayı azaldılıb, lakin biz öhdəliklərimizi yerinə yetirmək üçün orada qalacağıq", - nazir qeyd edib.
Oxşar xəbərlər
Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək
İran Hörmüz boğazında region ölkələri ilə birgə hərbi təlimdə iştirak edəcək
Tom Berendsen: Hörmüz boğazında ciddi təhlükələr davam edir, tələsik qərarlardan qaçılmalıdır
Bred Kuper: ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edir
Kallas Aİ ölkələrini Yaxın Şərqə görə Ukraynadan yayınmamağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
