Fransa parlamentində sosialistlər ölkə hökumətinə qarşı etimadsızlıq votumu irəli sürəcəklər
sizinxeber.az xəbər saytı

Fransa parlamentində sosialistlər ölkə hökumətinə qarşı etimadsızlıq votumu irəli sürəcəklər


Fransa Sosialist Partiyasının fraksiyası ölkənin Baş naziri Fransua Bayru tərəfindən idarə olunan hökumətə qarşı etimadsızlıq votumu irəli sürəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə fraksiyanın lideri Boris Vallo LCP telekanalında yayımlanan çıxışında bildirib.

"Biz hökumətə etimadsızlıq votumu irəli sürməyə məcburuq", - o qeyd edib.

B.Vallo deyib ki, Bayru parlamentə pensiya islahatının taleyini həll etmək imkanı verməklə bağlı vədini pozub.

Əvvəllər siyasi partiyalar, həmkarlar ittifaqları və işəgötürənlər birlikləri ilə 2023-cü il pensiya islahatı ilə bağlı danışıqlar dalana dirənmişdi. Altı ay ərzində tərəflər razılığa gələ bilməmişdilər: hökumət pensiya yaşını azaltmağa hazır deyil, halbuki bu, həmkarlar ittifaqları və bir sıra siyasi partiyaların əsas tələbidir.

Fransanın Baş naziri dalandan çıxmaq və irəli getmək üçün bütün maraqlı tərəflərlə görüşlər keçirmək niyyətində olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək
Fransa parlamentində müxalifət baş nazirə etimadsızlıq votumu irəli sürüb
Fransa müxalifəti Bayru hökumətinə etimadsızlıq qətnaməsinin qəbuluna nail olmaq niyyətindədir
Fransanın ifrat sağçıları yeni baş naziri bütün partiyalarla dialoqa çağırır
Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər