Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək
Solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa”, o cümlədən Fransa Sosialist Partiyası və Kommunist Partiyası ölkənin yeni baş naziri təyin edilmiş Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürəcək.
“Report” xəbər verir ki, bu barədə “İtaətsiz Fransa” partiyasından deputat olan Erik Kokrel BFMTV telekanalının efirində bildirib.
“Biz etimadsızlıq votumu irəli sürəcəyik və bunun əsaslı səbəbi var. Düşünürəm ki, bizim Yeni Xalq Cəbhəsindəki tərəfdaşlarımız (solçu partiyaların koalisiyası - red.) da bunu edəcək”, - o deyib.
Telekanal partiyadakı mənbələrinə istinadən həmçinin Fransa Sosialist Partiyası kimi Fransa Kommunist Partiyasının da Mişel Barnyeyə etimadsızlıq səsverməsi irəli sürəcəyini bildirib.
Xatırladaq ki, bu gün - növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra Fransa Prezidenti Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib.
Oxşar xəbərlər
Fransanın sağyönümlü partiyası Makronu hədələyib
Makron bu gün Fransanın yeni baş nazirini təyin edə bilər
Makron Le Penlə Fransa hökumətinin gələcəyini müzakirə edəcək
Makron impiçmentlə hədələnib
Fransanın yeni Baş naziri təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
