Kərim Tahirov: Ölkədə nəşr olunan kitabların heç 60 %-i Milli Kitabxanaya daxil olmur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
13:30
0
0
1 030
ff aaaaaaa

Kərim Tahirov: Ölkədə nəşr olunan kitabların heç 60 %-i Milli Kitabxanaya daxil olmur

10 in, 2026
13:30
1 030

Kərim Tahirov: Ölkədə nəşr olunan kitabların heç 60 %-i Milli Kitabxanaya daxil olmur

Ölkədə nəşr olunan kitabların heç 60 faizi Milli Kitabxanaya daxil olmur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən nəşriyyatlar çap etdikləri kitabların müəyyən sayda nüsxəsini kitabxanalara təqdim etməlidirlər, lakin buna əməl edilmir.

K.Tahirov bildirib ki, mövcud qanunvericilik nəşriyyatların 27 nüsxəni məcburi təqdim etməsini nəzərdə tutur:

"Bu da kitabların qiymətinin artdığı şəraitdə bir çox nəşriyyat üçün ciddi yük yaradır. Ölkənin kitabxana sistemi hələ də əsasən sovet dövründə formalaşmış struktur üzrə fəaliyyət göstərir. Kitabxanaların optimallaşdırılması, infrastrukturun yenilənməsi, internet təminatının yaxşılaşdırılması və yeni peşəkar kadrların cəlb edilməsi bu sahənin əsas prioritetləri olmalıdır".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul