XİN: Rusiya Moldova ərazisinə düşən istənilən PUA-ya görə məsuliyyət daşıyır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

XİN: Rusiya Moldova ərazisinə düşən istənilən PUA-ya görə məsuliyyət daşıyır - YENİLƏNİB


Moldova ərazisinə düşən istənilən pilotsuz uçuş aparatına görə Rusiya məsuliyyət daşıyır.

"Report" xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İlkin məlumata görə, aşkar edilmiş pilotsuz uçuş aparatının Ukraynaya məxsus olması ehtimalı daha yüksəkdir.

"Pilotsuz uçuş aparatının mənşəyindən asılı olmayaraq, Moldova Respublikasının ərazisinə düşən istənilən drona görə məsuliyyət qonşu ölkədə qanunsuz müharibəyə başlayan Rusiyanın üzərinə düşür", - məlumatda qeyd olunub.

Nazirlikdən verilən məlumata görə, insidentlə bağlı araşdırmanın aparılması ilə əlaqədar Ukrayna hakimiyyəti ilə daim əlaqə saxlanılır.

Moldova Milli Ordusunun müşahidə və transsərhəd əməkdaşlıq sistemləri Mixaylovka-Lopatna istiqamətindən pilotsuz uçuş aparatının (PUA) dövlət sərhədini keçdiyini qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumatında deyilir.

Lopatna yaşayış məntəqəsi yaxınlığındakı kənd təsərrüfatı sahələrində PUA qalıqları aşkar edilib.

"Hadisə yerində aşkar edilmiş izlər daha əvvəl partlayışın baş verdiyini göstərir. Dronun mənşəyini və insidentin başvermə şəraitini müəyyən etmək üçün tapılmış fraqmentlər araşdırılır. Qeyd edək ki, bu gecə Rusiya dron və raketlərdən istifadə edərək Ukraynaya kütləvi hücum həyata keçirib", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Moldova ərazisində PUA qalıqları aşkar edilib
Böyük Britaniya Ukraynaya 120 min pilotsuz uçuş aparatı verəcək
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
Oana-Silviya Tsoyu: Rumıniya Prezidenti Rusiya PUA-sı ilə bağlı insident səbəbindən iclas çağırıb - YENİLƏNİB
Rusiyada 13 hava limanının işi PUA hücumu səbəbindən dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər