Rusiyada 13 hava limanının işi PUA hücumu səbəbindən dayandırılıb
sizinxeber.az xəbər saytı

Rusiyada 13 hava limanının işi PUA hücumu səbəbindən dayandırılıb


Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) "Aeronaviqasiya"nın inzibati binasına düşməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti dayandırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri RF Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Rusiyanın cənubunda hava hərəkətini idarə edən Rostovdakı regional mərkəzin fəaliyyəti Ukrayna PUA-larının "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına düşməsi səbəbindən müvəqqəti olaraq tənzimlənib", - məlumatda deyilir.

Məlumata görə, "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının heyəti təhlükəsiz yerdədir. Hazırda avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.

Oxşar xəbərlər

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb
Litva aeroportunda uçuşlar müvəqqəti dayandırılıb
Rusiyada üç hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib - YENİLƏNİB
Britaniyada qarlı hava səbəbindən aeroportların fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər