Azərbaycan və Kareliya ticarət-iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi imzalaya bilər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Kareliya ticarət-iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi imzalaya bilər


Azərbaycan və Kareliya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi imzalana bilər.

"Sizinxeber.az" Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, bu məsələ Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev və Kareliyanın başçısı Artur Parfençikov arasında keçirilən görüşdə müzakirə edilib.

Danışıqlar zamanı tərəflər qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafına xüsusi diqqət yetiriblər. Qeyd olunub ki, Kareliya xarici iqtisadi əməkdaşlığın cənub və şərq istiqamətlərini fəal şəkildə inkişaf etdirir, Azərbaycan isə Rusiyanın regionları ilə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.

"Hazırda Azərbaycan və Kareliya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi baxılma mərhələsindədir", - diplomatik nümayəndəlikdən əlavə ediblər.

Oxşar xəbərlər

İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir
Azərbaycan BƏƏ ilə iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətlərini müzakirə edib
Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq
Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib
Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər