İran XİN: ABŞ Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşıyır
Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsinə görə ABŞ məsul daşıyır.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrailin regiondakı hərəkətlərini ABŞ-nin hərəkətlərindən ayrılıqda nəzərdən keçirmək olmaz.
O əlavə edib ki, İranla ABŞ arasında danışıqlar davam edir, tərəflər vasitəçilərin dəstəyi ilə mesaj mübadiləsi aparır.
Bəqai həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossini İrana qarşı qərəzli münasibətdə ittiham edib.
"Baş direktor (AEBA-nın - red.) qəsdən İran və onun nüvə məsələsi ilə bağlı qərəzli münasibət nümayiş etdirir", - İran XİN-in nümayəndəsi qeyd edib.
Bu açıqlama İsrailin iyunun 8-nə keçən gecə Tehran, Təbriz və İsfahana, eləcə də Beyrutun (Livan) cənub ətraflarına raket zərbələri endirməsindən sonra verilib. Nəticədə ən azı iki nəfər həlak olub, 20 nəfər yaralanıb.
Oxşar xəbərlər
İran XİN AEBA-nin baş direktorunu İsrailin hücumunu pisləməyə çağırıb
İran XİN: AEBA nümayəndə heyəti İrana səfər edəcək
AEBA-nın Baş direktoru bu həftə İrana gedəcək
XİN rəsmisi: AEBA baş direktorunun müavininin Tehrana səfəri planlaşdırılıb
İsmayıl Bəqai ABŞ-nin əsassız tələbləri barədə açıqlama verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
