Aqrar sahədə kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı banklara məlumat veriləcək
Kənd təsərrüfatı sahəsi ilə bağlı kredit faizləri subsidiyalaşdırılacaq, bununla bağlı banklara Elektron Kənd Təsərrüfatı Sistemindən (EKTİS) məlumat veriləcək.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, maliyyə əlçatanlığı ilə bağlı müxtəlif müvafiq maliyyə institutları və banklarla görüşlər olib: "Dövlət Proqramının hazırlanması çərçivəsində və təsdiqindən öncə Azərbaycan Mərkəzi Bankının rəhbərliyi, müvafiq maliyyə institutları və banklarla görüşlər olub. Bundan başqa, Azərbaycan Biznesin İnkişafı Fondunun (ABİF) nümayəndələri ilə müzakirələr aparılıb".
Onun sözlərinə görə, ABİF-in müəyyən vəsaitlərinin sırf aqrar istehsal və emal istiqamətinə yönəlməsi ilə bağlı ilkin razılıqlar var: "Yeni tətbiq olunmağa başlayan kredit faizlərinin subsidiyalaşması aləti fermer və aqrar istehsalçılar üçün maliyyə vəsaitlərinə əlçatanlığı artıracaq. Bununla kredit faizinin azı 50 %-nin dövlət hesabına subsidiyalaşdırılması nəzərdən keçirilir. Ümumilikdə, maliyyə institutlarının sektora marağını artırmaq üçün məlumat asimmetriyasının aradan qaldırılması ilə bağlı işlərimiz var".
Oxşar xəbərlər
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Tramp: İran artıq nüvə silahı istehsal etməyəcəyinə razılaşıb
