İsrail ordusu Livanda 4 hərbçinin öldüyünü bildirib
İsrailin dörd hərbçisi Livandakı döyüş əməliyyatları zamanı həlak olub.
“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların hamısı “Karmeli” piyada briqadasında xidmət edib və Livanın cənubunda döyüşdə həlak olublar.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, eyni hadisə nəticəsində onların üç hərbçi yoldaşı yaralanıb və hazırda xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livandakı "Hizbullah" qruplaşmasına qarşı “Şimal oxları” əməliyyatına başlayıb və hərəkatın hərbi obyektlərinə kütləvi zərbələr endirib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunda sərhədyanı rayonlarda quru əməliyyatının keçirildiyini elan edib.
Oxşar xəbərlər
İsrail Livanın cənubuna bir sıra zərbələr endirib
İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb
İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib
İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
