IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
Dünya aviasiyasının ekoloji baxımdan təmiz aviasiya yanacağına (SAF) keçidi gözləniləndən xeyli yavaş gedir və 2030-cu ilə qədər istehsal güclərinin artırılması üzrə elan edilmiş bir çox layihə dövlət siyasətində dəyişikliklər olmadan reallaşmaya bilər.
"Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Sıfır Emissiyaya Nail Olma üzrə Tədqiqatlar və Proqramlar Şöbəsinin rəhbəri Priti Cayn IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, IATA 2026-cı il üçün qlobal SAF istehsalı üzrə proqnozunu 2,4 milyon ton səviyyəsində saxlayıb ki, bu da aviasiya sənayesinin yanacağa olan ümumi tələbatının 1 %-dən azını təşkil edir.
"Səbəb mövcud normativ-hüquqi bazadadır. Bu gün bir çox ölkələrdə siyasət elə qurulub ki, istehsalçılar üçün SAF deyil, bərpa olunan dizel yanacağı istehsal etmək daha sərfəlidir. Məhz buna görə də həmin müəssisələrdə SAF istehsalının həcmi əhəmiyyətli dərəcədə aşağı olaraq qalır", - P. Cayn qeyd edib.
O bildirib ki, IATA bütün dünyada SAF istehsalı üzrə 370-dən çox layihənin inkişafını izləyir.
"Biz elan edilmiş güclərin əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Lakin mən qəsdən "elan edilmiş" layihələr haqqında danışıram, çünki onların bir çoxunun 2030-cu ilə qədər yekun investisiya qərarı və ya sonrakı inkişaf mərhələsinə çatmayacağı ehtimalı yüksəkdir", - IATA nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, onilliyin sonuna qədər SAF-nin potensial tədarükü üzrə lider Amerika regionu olacaq. İstehsal güclərinin həcminə görə isə onun ardınca Avropa, Şimali Asiya və Asiya-Sakit okean regionu gələcək.
Oxşar xəbərlər
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
IATA: “Azərbaycan dayanıqlı aviasiya yanacağına keçidə hazırlaşır”
IATA: Aİ ekoloji aviasiya yanacağından istifadəyə dair yanaşmanı yenidən nəzərdən keçirməlidir
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
