ABŞ Meksika ilə sərhəddə PUA-lara qarşı lazer sistemi yerləşdirəcək
sizinxeber.az xəbər saytı

ABŞ Meksika ilə sərhəddə PUA-lara qarşı lazer sistemi yerləşdirəcək


ABŞ Meksika ilə sərhəddə dronlara qarşı lazer sistemindən istifadə etmək niyyətindədir.

"Repor"t xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FMAİ) və Pentaqon məlumat yayıb.

Məlumata görə, tərəflər hökumətə cənub sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün yüksək enerjili lazer sistemini tətbiq etməyə imkan verən saziş imzalayıblar.

Qeyd olunur ki, daha əvvəl FMAİ Nyu-Meksiko ştatında sistemin sınaqlarını keçirib. Yoxlamanın yekunlarına əsasən, nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin tələblərə uyğun olduğu və sərnişin aviasiyası üçün həddindən artıq risk yaratmadığı təsdiqlənib.

Sınaq zamanı Pentaqon və ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən tətbiq edilən lazer sistemindən istifadə olunub.

Oxşar xəbərlər

İsrail 500 milyon dollarlıq lazer hava hücumundan müdafiə sistemləri sifariş edib
KİV: Rusiya Ukrayna dronlarını Çindən alınan lazer sistemi ilə vurur
“Lazer Beauty Klinikası”nın lisenziyasının ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər