Makron: İsrail qoşunlarını Livandan çıxarmağa başlamalıdır
sizinxeber.az xəbər saytı

Makron: İsrail qoşunlarını Livandan çıxarmağa başlamalıdır


İki ölkə arasında atəşkəs rejiminin bərqərar olunması ilə paralel olaraq İsrail Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron livanlı həmkarı Cozef Aun, Baş nazir Nəvaf Salam və Nümayəndələr Palatasının spikeri Nəbih Berri ilə söhbətinin yekunları üzrə "X" sosial şəbəkəsində yazıb.

"Mən onların hər birinə Fransanın Livanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini təsdiqlədim. Bütün tərəflərin riayət etməli olduğu möhkəm atəşkəs rejiminin bərqərar olması İsrail qoşunlarının Livan ərazisindən çıxarılması və dövlətin güc tətbiq etmək üzrə müstəsna hüququnun həyata keçirilməsini təmin etmək üçün Livan Silahlı Qüvvələrinin yenidən dislokasiyası üzrə paralel prosesin başlanmasına imkan yaratmalıdır", - o yazıb.

Makronun sözlərinə görə, Fransa bu prosesə konkret dəstək verməyə və Livan Silahlı Qüvvələrinin gücləndirilməsi, eləcə də köçkünlərin ehtiyaclarının qarşılanması üçün yaxın həftələrdə Livan hökuməti ilə birgə beynəlxalq ictimaiyyəti səfərbər etməyə hazırdır.

Oxşar xəbərlər

Makron İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb
Nəvaf Salam İsrail ilə Livan arasında atəşkəs elan olunmasını alqışlayıb
Livan Vaşinqtonda İsraillə atəşkəsin uzadılmasına nail olmaq niyyətindədir
Makron İsraillə Livan arasında atəşkəsi alqışlayıb
Netanyahu: İsraillə Livan arasında sülhün bərqərar edilməsi üçün tarixi imkan yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər