Qətər XİN İranın Ras-Laffandakı sənaye mərkəzinə endirdiyi zərbələri pisləyib
Qətər İran Ras-Laffandakı sənaye obyektlərinə hücumunu qətiyyətlə pisləyib.
"Report" xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"Qətər Dövləti İranın yanğınlara və obyektə ciddi ziyan dəyməsinə səbəb olan, Ras-Laffan sənaye şəhərinə yönəlmiş açıq-aşkar hücumunu qətiyyətlə pisləyir və qınayır", - məlumatda bildirilib.
Qurumun məlumatına görə, Qətər bu hücumu təhlükəli eskalasiya, öz suverenliyinin kobud şəkildə pozulması və milli təhlükəsizliyinə, eləcə də regional sabitliyə birbaşa təhdid kimi qiymətləndirir.
Ərəb dövlətinin Xarici İşlər Nazirliyi bildirib ki, Qətər cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, bu gün Qətərin ən böyük sənaye mərkəzlərindən birinin, o cümlədən mayeləşdirilmiş təbii qaz istehsalı kompleksinin yerləşdiyi Ras-Laffan bölgəsində İranın hücumlarından sonra böyük yanğın baş verib.
Oxşar xəbərlər
Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var
"QatarEnergy" şirkətinin müəssisəsinə İranın hücumlarında ciddi ziyan dəyib
BƏƏ İsrailin İranın nüvə obyektlərinə hücumunu pisləyib
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pisləyib
Ərəb ölkələrinin XİN başçıları İranın ABŞ hərbi bazasına hücumunu müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
