Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir
sizinxeber.az xəbər saytı

Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir


Oman və İran Hörmüz boğazında təhlükəsiz və azad gəmiçiliyin təmin edilməsinə dair beynəlxalq hüquq normalarına sadiq olduğunu bir daha vurğulayıb.

"Report" Omanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ Oman və İranın XİN başçıları Bədr əl-Busaidi və Abbas Əraqçi arasında telefon danışığı zamanı müzakirə edilib.

Oman tərəfinin bəyanatına görə, bu yaxınlarda əldə edilmiş İran-ABŞ razılaşmaları kontekstində nazirlər gəmilərin Hörmüz boğazından azad və təhlükəsiz keçidinə münasibətdə beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini təsdiq ediblər.

Tərəflər həmçinin ümid edirlər ki, yaxın dövrdə prosesin bütün iştirakçıları siyasi-diplomatik səylərin irəliləməsi və regional sabitliyin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcəklər.

Oxşar xəbərlər

Bəqai: İran və Oman tezliklə Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaları müzakirə edəcək
Bədr əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üzərində işləyir
İran və Omanın XİN rəhbərləri bölgədəki gərginliyi müzakirə ediblər
İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir
Oman XİN ABŞ-İran razılaşmasını alqışlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər