Fransada təyyarə qəzası: tanınmış iş adamı öldü - Foto
12:50
Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesinə 29 xüsusi texnika cəlb edilib.
Telekanal əlavə edib ki, hazırda qəzanın başvermə səbəbləri və həlak olan şəxslərin kimlikləri dəqiqləşdirilir.
***
"Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo Fransada baş verən təyyarə qəzası nəticəsində dünyasını dəyişib.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Tanınmış iş adamı "La Baule" klubunun toplantısına gedərkən onun idarə etdiyi "Cessna 421" markalı təyyarə Renn şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hava gəmisini 69 yaşlı sahibkar özü idarə edib. Qəza zamanı onunla birlikdə uçuş təlimatçısı da həyatını itirib.
Qeyd edək ki, qəzada ölən iş adamı 1986-cı ildə "Ubisoft"u quran beş qardaşdan biridir. Şirkət qlobal miqyasda ən iri kompüter oyunları istehsalçılarından birinə çevrilib. O, həmçinin "Guillemot Corporation" şirkətinin baş direktoru postunu tutub və "Ubisoft"un Direktorlar Şurasında təmsil olunurdu.
Oxşar xəbərlər
Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb
Fransada təyyarə qəzası nəticəsində üç nəfər ölüb
Tailandda təyyarə qəzası nəticəsində beş nəfər həlak olub
Nyu-Yorkda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb
Litvada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
