Türkiyə bu hadisədən danışır: vəzifəli şəxsin qaçırılma anı
sizinxeber.az xəbər saytı

Türkiyə bu hadisədən danışır: vəzifəli şəxsin qaçırılma anı


Türkiyədə iyunun 17-si İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Ərhan Karaal qaçırılıb.

Sizinxeber.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, bu gün Tuzlada yerləşən tikinti sahəsində, prefabrik konstruksiyalar zavodunda əlləri bağlı şəkildə tapılıb.

Karaalın İstanbulun Maltəpə bələdiyyəsində evinin qarşısından qaçırılması ilə bağlı başladılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb.

Saxlanılan şəxslərdən biri əvvəllər çalışdığı yerdən çıxarılan şəxs, ikisi isə əvvəllər İBB ilə əməkdaşlıq edən podratçı şirkətin 2 əməkdaşı olub. Həmin şəxslərin Yerəbatan Sarnıcının Mədəniyyət Nazirliyinə verilməsindən sonra tender ala bilmədiyi və yeni tenderlərin verilməsi üçün Ərhan Karaala təzyiq etdiyi müəyyən olunub.

Bundan başqa, Ə.Karaalın qaçırılmasının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri ortaya çıxıb. Görüntülərdə 3 nəfərin onun qarşısını kəsdiyi, qollarından tutub zorla avtomobilə mindirdiyi görünür.

Sözügedən video Türkiyə gündəmini zəbt edib.

Oxşar xəbərlər

İmamoğluya qarşı əməliyyatın səbəbi: milyonlar sayılır - Video
Türkiyədə Bəyoğlu bələdiyyə sədri İnan Güney həbs olunub
Türkiyədə qanunsuz tikinti və rüşvətlə bağlı 20 nəfər saxlanılıb
İmamoğlu saxlanılan kimi dollar kəskin bahalaşdı
İmamoğlunun saxlanılma qərarından sonra Türkiyədə sosial şəbəkələrə girişdə problemlər yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər