Ərəb ölkələrinin XİN başçıları İranın ABŞ hərbi bazasına hücumunu müzakirə edəcəklər
Fars körfəzinin altı ərəb ölkəsinin xarici işlər nazirləri (XİN) iyunun 24-də Dohada İranın Qətər ərazisindəki ABŞ hərbi bazasına hücumunu müzakirə etmək üçün təcili görüş keçirəcəklər.
"Report" xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Cassem əl-Budayvi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bildirilib ki, Qətərin paytaxtı Dohada bu gün Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin Nazirlər Şurasının 49-cu növbədənkənar iclası keçiriləcək. Küveyt xarici işlər naziri Abdullah Ali əl-Yəhyanın sədrlik edəcəyi iclasda şuranın üzv ölkələrin XİN başçıları iştirak dəcək.
Şuranın baş katibi bildirib ki, Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveytin XİN başçıları "İranın Qətərə hücumunu müzakirə etmək" üçün Dohada toplaşacaqlar.
Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında İran ABŞ-nin Qətərdəki Əl-Udeyd hərbi bazasına raket zərbələri endirib, atılan 19 raketdən yalnız biri bazanın ərazisinə düşüb. Amerikalı hərbçilər əvvəlcədən təxliyə edilib.
Oxşar xəbərlər
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
İran ABŞ-nin Qətərdəki bazasına azı 3 raket atıb - YENİLƏNİB-2
İran XİN: Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları siyasi motivli bir addımdır
İran Prezidenti Qətər əmiri ilə görüşmək üçün Dohada səfərdədir
Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
