Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB


Pakistan Baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrin Baş komandanı, eyni zamanda Quru Qoşunlarının komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrənin Bürgenştok şəhərindədirlər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Pakistan Baş nazirin Ofisi məlumat yayıb.

Pakistan Baş naziri və feldmarşal iyunun 21-nə planlaşdırılmış müzakirələrdə iştirak edəcək.

***

saat 01.58

Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə uçublar.

Sizinxeber.az xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.

"Baş nazir yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə İslamabaddan İsveçrəyə yola düşüb", - məlumatda deyilir.

Oxşar xəbərlər

Pakistan ordusunun komandanı İranla ABŞ arasında vasitəçilik etmək üçün Tehrana gəlib
Pakistan ordusunun komandanı Tehrana səfər edib - YENİLƏNİB
Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Azərbaycanın Baş Qərargah rəisi Pakistana səfər edib
“Axios”: Pakistan ordusunun komandanı ABŞ-İran sazişini möhkəmləndirmək üçün Tehrana gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər