İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İsrail ordusu Livanın paytaxtı Beyrutda Hizbullaha məxsus olduğunu bildirdiyi hədəfə hava zərbəsi endirib. Bu barədə The Times of Israel məlumat yayıb.
Məlumata görə, zərbə Livan ərazisindən İsrailin şimalına doğru buraxılan üç pilotsuz uçuş aparatından sonra həyata keçirilib. İsrail Müdafiə Qüvvələri (IDF) həmin dronların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
IDF-in açıqlamasında qeyd olunub ki, Beyrutun cənub ətrafındakı zərbənin hədəfi Hizbullahın pilotsuz uçuş aparatlarının saxlanıldığı və istifadə olunduğu obyekt olub. İsrail ordusu bu infrastrukturun şimal İsrailə qarşı hücumların təşkilində istifadə edildiyini iddia edib. İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ölkəsi öz ərazisinə yönələn hücumlara cavabsız qalmayacaq.
"İsrail ərazisinə qarşı yönəlmiş atəşə dözümlü yanaşmayacağıq. Beyrutda sakitlik yalnız Qalileyada sakitlik olduğu halda mümkün olacaq", - deyə o vurğulayıb.
Livanın dövlət xəbər agentliyi NNA Beyrutun cənubundakı Dahiyə bölgəsində güclü partlayış səslərinin eşidildiyini və əraziyə təcili yardım maşınlarının göndərildiyini bildirib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat verilməyib.
Oxşar xəbərlər
İsrail Beyrutda hava hücumları həyata keçirir
İsrail Yəməndə husi hədəflərinə zərbə endirib
İsrail Ordusu: İrana qarşı əməliyyat bir neçə gün davam edəcək
İsrail ordusu Livanla sərhəddə Suriyanın hərbi infrastrukturuna zərbələr endirib
İsrail Ordusu: Hücumun məqsədi İranın nüvə proqramına ciddi zərər vurmaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
