Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır
sizinxeber.az xəbər saytı

Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır


Son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən İkinci Forumda açılış nitqində deyib.

O bildirib ki, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır və effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir.

Səbinə Əliyeva dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillilik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı riskləri xatırladıb. Vurğulayıb ki, media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası, bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.

Oxşar xəbərlər

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kommunikasiya Qrupunun üzvü: COP29 zamanı media faktlara əsaslanan düzgün məlumatlar yaymalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB” televiziya proqramına start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər