ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb
sizinxeber.az xəbər saytı

ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb


ABŞ ordusu Oman körfəzində İrana qarşı tətbiq edilən blokadanı pozduğu iddia edilən daha bir neft tankerinə zərbə endirərək onu sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” səhifəsində məlumat yayıb.

Məlumata görə, bu, həftə ərzində ABŞ qüvvələrinin sıradan çıxardığı üçüncü kommersiya gəmisidir.

“ABŞ qüvvələri “M/T Jalveer” gəmisinə qarşı tədbir görüb. Gəmi Oman körfəzi vasitəsilə İrandan neft daşımağa cəhd edirdi”, — CENTCOM-dan bildirilib.

CENTCOM-un açıqlamasına görə, Qvineya-Bisau bayrağı altında üzən “Jalveer” tankerinin ekipajı ABŞ qüvvələrinin göstərişlərinə dəfələrlə əməl etməyib, bundan sonra ABŞ təyyarəsi gəminin mühərrik bölməsinə iki “Hellfire” raketi ilə zərbə endirib.

Bundan əvvəl isə Palau bayrağı altında üzrən “Marivex” və “Settebello” tankerləri blokadanı pozduqları iddiası ilə sıradan çıxarılıb.

CENTCOM əlavə edib ki, aprelin 13-də blokadanın tətbiqindən sonra ABŞ qüvvələri tələblərə əməl etməyən 9 gəmini dayandırıb, qaydalara əməl edən 135 gəminin istiqamətini dəyişdirib və humanitar yardım daşıyan 42 gəminin keçidinə icazə verib.

Oxşar xəbərlər

ABŞ Oman körfəzində neft tankerinə atəş açıb
ABŞ İranın iki neft tankerinə zərbələr endirdiyini təsdiqləyib - YENİLƏNİB
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
ABŞ İranın Xarq adasına gedən gəmini sıradan çıxarıb
CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər