Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının qalibləri müəyyənləşib.
Bu barədə "Sizinxeber.az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub.
İki turdan ibarət müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.
Beynəlxalq münsiflər heyətinin qərarı ilə 14 iştirakçı finala vəsiqə qazanıb. Onların sırasından 6 ifaçı müsabiqənin qalibi olub:
Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Farangiz Mahmudova isə (Özbəkistan) 1-ci yerə layiq görülüblər.
Ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb. Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı isə Çin təmsilçisi Sincan Uyğur bölgəsindən musiqi qrupuna təqdim edilib.
Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub. Müsabiqə laureatlarının yekun konserti iyunun 22-də Ağdam Muğam Mərkəzində keçiriləcək.
Oxşar xəbərlər
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
Azərbaycanın muğam ansamblı Özbəkistanda mükafat qazanıb
Mirələm Mirələmov Özbəkistanda Qran-pri mükafatı qazanıb
Beynəlxalq Muğam Mərkəzinə yeni status verilib
Nazirlik rəsmisi: Ağdam Muğam Mərkəzi Qarabağda muğamın işğaldan əvvəlki şöhrətini bərpa edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
