Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Konqonun Rabitə və Media ilə İş üzrə Nazirliyi gündəlik bülletenində məlumat verib.
Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 689-a çatıb ki, bu da əvvəlki gündən 13 nəfər çoxdur.
Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri təmasların izlənməsi nisbəti ilə bağlı narahatlıqlarını bildiriblər. Rəsmi məlumatlara görə, bu, 61 %-dir, lakin mütəxəssislər infeksiyanın yayılmasının qarşısını almaq üçün 95 %-ə çatmağın lazım olduğunu düşünürlər.
Hazırkı epidemiya Konqo Demokratik Respublikasının şərqində mayın 15-də başlayıb. Xəstəliyin episentri İturi əyalətindədir.
Oxşar xəbərlər
Konqoda Ebola virusundan ölənlərin sayı kəskin şəkildə artıb
Konqoda "Ebola"dan ölənlərin sayı 115-ə yüksəlib
Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib
Konqoda Ebola virusundan ölənlərin sayı 86-ya çatıb
Konqoda Eboladan ölənlərin sayı 120 nəfəri ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
