Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb
sizinxeber.az xəbər saytı

Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb


Niderlandın Veyk-bey-Durstede şəhərində sığınacaq üçün müraciət edənlərə qarşı etiraz aksiyasının 7 iştirakçısı saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Niderlandın NOS portalı xəbər verir.

Ötən gecə ratuşa binası qarşısında keçirilən dinc etiraz aksiyası iğtişaşlara çevrilib. Ratuşanın pəncərələri və qapıları, videomüşahidə kamerası sındırılıb, iğtişaş iştirakçıları binaya daxil olublar.

İzdihamın dağıdılmasına iğtişaşlara qarşı mübarizə üzrə xüsusi bölmə cəlb edilib. Bələdiyyənin məlumatına görə, iğtişaşların yatırılması üçün ən azı 80 polis əməkdaşı səfərbər edilib.

Məlumata görə, yerli hakimiyyət orqanları şəhərin köhnə mərkəzindən çox da uzaq olmayan ərazidə sığınacaq istəyən 50-75 üçün müvəqqəti sığınacaq yaratmağı planlaşdırır.

Oxşar xəbərlər

Niderlandda miqrantların yerləşdirilməsi ilə bağlı etiraz polislə toqquşma ilə nəticələnib
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
Gürcüstan polisi Batumi və Tbilisidə ondan çox etirazçını saxlayıb
Gürcüstan polisi Batumi və Tbilisidə bir neçə etirazçını saxlayıb
Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər