Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
sizinxeber.az xəbər saytı

Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək


İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 9 iyulda Məşhəddə dəfn ediləcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Seyid Əli Xameneinin dəfn mərasimi üzrə qərargah məlumat yayıb.

Məlumata əsasən, Əli Xaməneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Oxşar xəbərlər

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb
İranda Əli Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri elan edilib
Xamenei İsraili sərt cavabla hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər