TDT-nin rəqabət qurumları fintex və ödəniş sistemləri sahəsində birgə fəaliyyətə start verəcəklər - EKSKLÜZİV
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət orqanları fintex və ödəniş sistemləri sahəsində birgə əməkdaşlıq həyata keçirəcək.
Bunu "Sizinxeber.az"un Şuşaya ezam edilmiş əməkdaşına TDT-ın Baş katibinin müavini Merey Mukajan "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu"nun kuluarlarında bildirib.
O qeyd edib ki, təşkilat daxilində fəaliyyət göstərən işçi qrupları yeni prioritet istiqamətlər üzrə öz fəaliyyətlərini genişləndirəcək: "Bir il öncə kənd təsərrüfatı ilə bağlı mövzular üzrə işçi qrupumuz öz işini yekunlaşdıraraq lazımi sənədləri hazırladı. Hazırda isə müasir dövrün aparıcı istiqamətlərindən sayılan fintex və ödəniş sistemləri mövzularını tədqiq edəcəyik. Əldə olunan nəticələr gələn il Qazaxıstanda ictimaiyyətə təqdim olunacaq".
Bundan başqa M. Mukajan vurğulayıb ki, Türkiyənin rəqabət siyasəti sahəsində qazandığı təcrübə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlər üçün faydalı hesab olunur.
Onun fikrincə, TDT-yə üzv ölkələrin böyük hissəsi müstəqilliyini nisbətən yaxın dövrdə qazandığı üçün rəqabət siyasəti sahəsində müxtəlif inkişaf pillələrindədirlər: "Türkiyə bu istiqamətdə daha geniş təcrübəyə sahibdir. Bu təcrübə Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün əhəmiyyətlidir. Bu günkü görüşdə də həmin məsələlər ətraflı şəkildə müzakirə olundu. Əsas hədəf bütün üzv ölkələrin birgə inkişafını təmin etməkdir".
Oxşar xəbərlər
Merey Mukajan: "TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır" - EKSKLÜZİV
TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır
Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Türkiyə rəqabət qurumlarını rəqəmsal platformalara qarşı birgə mübarizəyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
