Əmək Müfəttişliyi azad edilmiş ərazilərdə maarifləndirmə tədbirləri keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən daha 47 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.
Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında təşkil olunan tədbirlərdə Xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.
İşəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 444 nəfəri əhatə edən tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri barədə məlumat verilib.Əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyası qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara müvafiq mövzularda yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə yerləşən 47 müəssisədə maarifləndirmə tədbiri keçirilib
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş keçirilib
Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
