Azərbaycan bankının IPO-su çərçivəsində tələb təklifi üstələyib
"PASHA Bank" ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) prosesində abunə yazılışı dövründə 20 mindən çox investor öz sifarişlərini yerləşdirib.
"Report" xəbər verir ki, bununla bağlı "PASHA Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev "LinkedIn" platformasındakı hesabında paylaşım edib.
Onun sözlərinə görə, IPO prosesində tələb təklifdən yüksək olub: "Azərbaycanın kapital bazarları tarixində investor tələbinin təklifi aşdığı ilk IPO kimi, bu nəticə həm "PASHA Bank"a, həm də ölkəmizin kapital bazarlarına olan inamı əks etdirir.
Əminəm ki, bu IPO gələcəkdə kapital bazarlarına daxil olmağı nəzərdə tutan şirkətlər üçün əsas istinad nöqtəsi olacaq. Azərbaycanın ilk özəl şirkət və ilk özəl bank IPO-su olaraq bu proses bazar üçün yeni bir səhifə açdı. İnanırıq ki, bu addım gələcəkdə daha çox müəssisənin kapital bazarlarına çıxışını stimullaşdıracaq, investisiya mədəniyyətinin formalaşmasına və bazarın daha da genişlənməsinə dəstək verəcək".
Xatırladaq ki, "PASHA Bank" "Bakı Fond Birjası" QSC-də yerləşdirdiyi yeni səhmlərin ilkin qiymətini nominal dəyərdən (20 manat) 2,75 dəfə artıq – 55 manat həddində müəyyənləşdirib. 932 926 ədəd adi, adlı səhm həm fiziki, həm də hüquqi şəxslər tərəfindən satın alınıb. Minimum alış həcmi 1 səhm ola bilərdi. Yerləşdirmə tam başa çatdıqdan sonra, "PASHA Bank"ın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 373,171 milyon manata çatdırılacağı gözlənilirdi. Yeni investorlar bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.
Oxşar xəbərlər
“Kapital Bank” 25 mln. dollar həcmində istiqraz buraxır
"Birbank İnvest" bazara buraxılacaq
"Kapital Bank" və "Ziraat Bank Azərbaycan"ın rəhbərliyinə yeni təyinatlar olub
"Kapital Bank"ın dollar istiqrazlarına abunə yazılışı başladı
"Kapital Bank": 1 milyondan çox müştərimiz ictimai nəqliyyatda NFC ödənişdən istifadə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
