Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir
Bakıda Şimali Kiprin Mədəniyyət Günü təşkil olunub.
"Report" xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan Mədəniyyət Gününün açılışında Şimali Kiprin Baş naziri Ünal Üstel və rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqaner, Milli Məclisin üzvləri və digər rəsmilər iştirak edib.
Açılış nitqi ilə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud "İçərişəhər"in müxtəlif xalqların mədəniyyətinin və incəsənətinin təqtimatına həmişə uğurla evsahibliyi etdiyini deyib.
O, mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran körpü olduğunu vurğulayıb.
Şimali Kipr Baş nazirinin müavini Fikri Ataoğlu Azərbaycan-Türkiyə-Şimali Kipr qardaşlığına diqqət çəkərək təşkil olunan Mədəniyyət Gününü bu birliyin təzahürü adlandırıb.
Ü.Üstel isə çıxışında qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycana təşəkkür edib. O, xalqlar arasındakı mövcud dostluq və qarşılıqlı dəstəyin gələcək illərdə də əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Çıxışların ardınca Şimali Kiprin milli-mədəni irsi, incəsənəti, musiqisi, rəqsləri, mətbəxi və turizm potensialını nümayiş etdirən stendlər təqdim olunub.
Oxşar xəbərlər
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Ünal Üstel: Güclü Azərbaycan dövləti bütün Türk dünyasının qürurudur
Milli Məclisdə Azərbaycan, Türkiyə, Şimali Kiprin parlamentarilərinin görüşü keçirilir
Azərbaycanda Şimali Kipr günləri keçiriləcək
Şimali Kiprin Baz nazirinin müavini: Türk dünyasının şəhər anlayışının təməlində insan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
-
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
