Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib


Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi (ARDFM) ilə maliyyə sektoruna nəzarət prosesində süni intellekt texnologiyalarının tətbiqi və qabaqcıl rəqəmsal həllərin istifadəsini müzakirə edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, bir neçə gün davam edən rəsmi görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyəti Almatı şəhərində ARDFM-in fəaliyyəti, nəzarət mexanizmləri və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi layihələrlə yaxından tanış olub.

Müzakirələr zamanı Qazaxıstanın maliyyə bazarına nəzarətdə istifadə etdiyi alətlərin imkanları, xüsusilə tənzimləyici məlumatları operativ analitik göstəricilərə çevirən idarəetmə panelləri ("dashboards") və nəzarət prosesinə inteqrasiya olunmuş kompleks stres-test çərçivələri nəzərdən keçirilib.

Tərəflər həmçinin maliyyə nəzarətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt texnologiyalarının tətbiqi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

"Freedom Holding": "Süni intellekt insan ekspertizasının dəyərini azaldır"
Azərbaycan beynəlxalq kommunikasiya forumunda təmsil olunub
Azərbaycan və Qazaxıstan maliyyə bazarlarına nəzarət sahəsində əməkdaşlığı gücləndirir
"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır
Azərbaycan ADB ilə aqrar sahədə süni intellektin tətbiqini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər