Azərbaycanın muğam ansamblı Özbəkistanda mükafat qazanıb
Azərbaycanın “Simurq” muğam ansamblı 26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatına layiq görülüb.
Bu barədə Sizinxeber.az-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.
Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.
Ansambla festivalın heykəlciyini və baş mükafatın sertifikatını Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov və XIII “Şərq təranələri”nin beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Pazaşadə təqdim ediblər.
17 illik festivalın tarixində ilk dəfə Azərbaycan təmsilçisi beynəlxalq münsiflər heyətinə sədrlik edib.
Qran-pri mükafatının məbləği 10 000 ABŞ dollarıdır.
Qeyd edək ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizi təmsil edən xanəndə Simarə İmanova ilk festivalda, tarzən Sahib Paşazadə isə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın qalibi olub.
Oxşar xəbərlər
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maestro Niyazinin məzarı ziyarət edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçın Şəhəri Günü münasibətilə ustad dərsləri keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












