Nərminə Həsənova: "Davosdakı Dünya Çempionatına 50-dən çox layihə təqdim olunacaq"
sizinxeber.az xəbər saytı

Nərminə Həsənova: "Davosdakı Dünya Çempionatına 50-dən çox layihə təqdim olunacaq"


Azərbaycanlı şagirdlər İsveçrədə təşkil ediləcək beynəlxalq layihə müsabiqəsində iştirak edəcəklər.

"Report" xəbər verir ki, bunu "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə şagirdləri Dünya Çempionatı gözləyir: "Müsabiqə iyulun 9-dan 13-dək Davos şəhərində baş tutacaq. Həmin yarışda ümumiyyətlə 50-dən artıq layihə nümayiş etdiriləcək. Tədbirə təkcə Azərbaycandan deyil, dünyanın fərqli ölkələrindən və "MiniBoss" məktəbinin çoxsaylı beynəlxalq filiallarından şagirdlər qatılacaqlar.

İnanırıq ki, şagirdlərimiz həmişə olduğu kimi bu dəfə də əla nəticələr nümayiş etdirərək həm ölkəmizi, həm də məktəbimizi ən yüksək səviyyədə təmsil edəcəklər".

Oxşar xəbərlər

Nərminə Həsənova: "Şagirdlərimiz beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu olublar"
Nərminə Həsənova: "Azərbaycanlı şagirdlər beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu olublar"
Nərminə Həsənova: "Miniboss Business School" altı il ərzində 80-dən çox layihə həyata keçirib"
"Miniboss Biznes Məktəbi"nin keçirdiyi startap forumlarda indiyədək 90-dan çox layihə təqdim edilib
Nərminə Həsənova: “Miniboss Business School Baku” iki dəfə məktəb sahibkarlığında dünya lideri kimi tanınıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər