COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub - FOTO
Noyabrın 15-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub.
APA xəbər verir ki, mediatur qədim zamanlardan bugünədək Azərbaycan tarixini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyindən başlayıb. Xarici jurnalistlər muzeyin ekspozisiyası, ölkəmizin keçmişini özündə canlandıran müxtəlif arxeoloji, etnoqrafik materiallar və eksponatlarla yaxından tanış olublar.
Heydər Əliyev Mərkəzində davam edən turda xarici media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonaqlara burada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.
Sonda XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin olan, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarət olunub. Tur zamanı jurnalistlərə qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla, İçərişəhərin qədim küçələri və abidələri barədə geniş məlumat verilib.
Oxşar xəbərlər
COP29-a hazırlıq işləri ilə bağlı Bakı Stadionuna media-tur təşkil olunub - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində mədəni proqramların təşkili nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Azərbaycana gələn xarici jurnalistlər tarixi, mədəni və nadir eksponatlarla tanış olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











