COP29 çərçivəsində mədəni proqramların təşkili nəzərdə tutulub
“COP29 çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə mədəni proqramların təşkil olunması nəzərdə tutulub”.
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov COP29-a hazırlıq işləri ilə tanışlıqla bağlı media nümayəndələri ilə görüşdə deyib.
“Noyabrın 11-i cənab Prezident İlham Əliyevin iştirakı ilə COP29-un açılış mərasimi olacaq. Xüsusən, Liderlər Sammitinin açılışında 40 dəqiqəlik mədəni proqram nümayiş ediləcək. Heydər Əliyev Mərkəzində və Gülüstan Sarayında müxtəlif tədbirlər təşkil olunacaq”, - deyə o əlavə edib.
Prezidentin köməkçisi bildirib ki, mavi və yaşıl zonalarda bir sıra heykəltəraş və rəssamların yaradıcılıq nümunələri də nümayiş ediləcək.
Oxşar xəbərlər
Anar Ələkbərov: COP29-da iştirak üçün 67 min nəfər qeydiyyatdan keçib
COP29-a hazırlıq işləri ilə bağlı Bakı Stadionuna media-tur təşkil olunub - FOTOLENT
Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - FOTO - YENİLƏNİB
COP29 vaxtı ictimai iaşə obyektləri ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb
Prezident İlham Əliyev Pre-COP29 tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













