COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib - FOTO
Oktyabrın 30-da Yeni Klinikada COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib.
Sizinxeber.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, tabeli tibb müəssisələrinin rəhbər heyəti, TƏBİB-in İcraçı direktorunun müavinləri, müşavirləri və struktur bölmə rəhbərləri, eləcə də media nümayəndələrinin və ictimai xadimlərin iştirakı ilə keçirilən brifinqdə tibbi xidmətlərin təşkili ilə bağlı ətraflı məlumatlar təqdim olunub.
Vüqar Qurbanov brifinqdə COP29 tədbiri günlərində tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün zəruri olan fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyini bildirib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, COP29 tədbiri günlərində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün səhiyyə qurumlarının koordinasiyalı şəkildə fəaliyyət göstərir.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov geniş təqdimatla çıxış edərək, həm xəstəxanalarda tibbi xidmətin təşkilindən, həm də təcili tibbi yardım briqadalarının təhkim olunduğu ərazilərdən bəhs edib. O deyib ki, qonaqların məskunlaşacağı hotel və mehmanxanalarda təcili tibbi yardım xidməti təşkil edilib, tədbirin keçiriləcəyi məkan və ərazilər üzrə ambulans və tibbi heyət ayrılıb, eləcə də Bakı Olimpiya Stadionuna ambulanslar təhkim olunub və COP29 Qərargahında növbətçilik təşkil edilib.
Brifinqdə media nümayəndələrinin aidiyyəti üzrə sualları cavablandırılıb. Daha sonra Yeni Klinikada yaradılan şəraitlə əyani tanışlıq baş tutub, eləcə də tədbir üçün ayrılan ambulanslara baxış keçirilib.
Oxşar xəbərlər
COP29-la əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 zamanı bəzi metro stansiyalarında tibb məntəqələri təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər və diaqnostik testlər gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB: COP29 çərçivəsində bütün tibb müəssisələrinə baxış keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: COP29 çərçivəsində helikopter vasitəsilə tibbi yardım göstərilməsi mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












