COP29 çərçivəsində Azərbaycana gələn xarici jurnalistlər tarixi, mədəni və nadir eksponatlarla tanış olublar
COP29 çərçivəsində Azərbaycanda olan xarici jurnalistlər noyabrın 15-də Bakıda tarixi, mədəni və nadir eksponatlarla tanış olublar.
"Report" xəbər verir ki, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə xarici media nümayəndələri ilk olaraq Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Xarici jurnalistlər muzeyin ekspozisiyası, müxtəlif arxeoloji, etnoqrafik materiallar və eksponatlarla yaxından tanış olublar.
Daha sonra Heydər Əliyev Mərkəzində olan xarici media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonaqlara burada Azərbaycanın təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.
Sonda XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər ziyarət olunub.
Burada jurnalistlərə qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla İçərişəhərin qədim küçələri və abidələri barədə geniş məlumat verilib.
Oxşar xəbərlər
Xarici jurnalistlər Anım Günündə Ağdamda olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Media nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-a hazırlıq işləri ilə bağlı Bakı Stadionuna media-tur təşkil olunub - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












