COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı olub
COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açılışı olub.
"Sizinxeber.az" xəbər verir ki, açılışda COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, könüllülər və media nümayəndələri iştirak ediblər.
Mərkəzdə qeydiyyat, akkreditasiya kartlarının paylanması üçün zonalar, həmçinin məlumatlandırma işləri və COP29 uniformalarının paylanması üçün zonalar yaradılıb. Mərkəz həftədə 6 gün fəaliyyət göstərəcək.
Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartları təqdim olunub.
İşçi Qüvvəsi Departamentinin rəhbəri Atif Qənbərov məlumat verib ki, artıq bu gündən mərkəz hər kəsə xidmət etməyə hazırdır:
"Tədbir müddətində istifadə edilən uniforma materialları dayanıqlılıq və davamlılıq prinsipləri əsasında istehsal olunub".
Qeyd edək ki, uniformalar yerli istehsaldır.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Muxtar Babayev: COP29-a hazırlıq çərçivəsində bəzi işlər tamamlanıb
COP29-un Media Akkreditasiya Mərkəzi ilə tanışlıq olub - FOTO
COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi açıqlanıb
COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar media akkreditasiya seminarı təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
