Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
APA xəbər verir ki, ali qonaq bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görüş əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
Bolqarıstan Prezidenti hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirildi. Vurğuladı ki, Bolqarıstan bu tədbirdə dövlət başçısı, eyni zamanda, bu ölkənin 10-dan artıq müxtəlif bələdiyyələrinin rəhbərləri, həmçinin Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri səviyyəsində təmsil olunur.
Qonaq Ümumdünya Şəhərsalma Forumunun sessiyasının dünyada bu sahə ilə bağlı aktual mövzuların müzakirə edildiyi mühüm platforma olduğunu deyərək, tədbirin ölkəmizdə təşkil edilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İliyana Yotova Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı, bu xüsusda “Həmrəylik Halqası” layihəsinin önəmini qeyd etdi. Mədəni və humanitar əlaqələrə toxunan Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirdi. O, həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa şəhərinin qardaşlaşmasını və bu xüsusda orada Şuşa parkının salındığını qeyd etdi.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi.
Söhbət zaman ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulandı, enerji, həmçinin elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu.
Azərbaycanla Bolqarıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunuldu.
Dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi apardılar.
Oxşar xəbərlər
Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək
Azərbaycan lideri İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan lideri Davosda İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
