Türkiyənin "Haber Global" kanalı WUF13-ün üçüncü günündən videoreportaj hazırlayıb
Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günündən videoreportaj hazırlayıb.
"Sizinxeber.az" xəbər verir ki, materialda forumda 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı vurğulanıb.
Videomaterialda qeyd olunub ki, üçüncü gün pavilyonlara maraq xüsusilə yüksək olub. Ən çox diqqət çəkənlərdən biri Meksika pavilyonu olub. Qonaqlar burada yerli geyimlərdə olanlarla şəkillər çəkdirir, rəqs edirlər.
Digər diqqətçəkən stend Türkiyəyə məxsusdur. Televiziyanın müxbiri qeyd edib ki, burada müraciət edən, maraqlanan insanların adları xüsusi ustalıqla xəttatlar tərəfindən yazılır. Bu isə qonaqlar tərəfindən böyük maraqla qarşılanır.
İki ildən bir təşkil olunan forum ilk dəfədir ki, Qafqaz regionunda keçirilir. Qeydiyyatdan keçən iştirakçıların sayı artıq 45 mini keçib ki, bu da rekord göstərici hesab olunur. Müqayisə üçün, iki il əvvəl Misirdə keçirilən WUF12-də 24 min nəfər iştirak etmişdi. Bakıda keçirilən forumda isə iştirakçı sayı iki dəfədən çox artıb.
Xatırladaq ki, dünən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Məlumat üçün qeyd edək ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.
Oxşar xəbərlər
"Haber Global" "WUF13"ün ilk günü haqqında süjet hazırlayıb
"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırlayıb - VİDEO
“Haber Global” mükafata layiq görüldü
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı rekord həddə çatıb
"Haber Global" Laçında keçirilən ECO Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
