Sahibə Qafarova: Raşinin Azərbaycana səfəri Slovakiya ilə yüksək əlaqələrin göstəricisidir
Rixard Raşinin Azərbaycana səfəri Slovakiya ilə parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərinə diqqət yetirdikdə Slovakiya ilə iqtisadi, ticari, enerji və s. sahələrdə geniş əməkdaşlığın olduğu görünür:
"Slovakiya parlamentinin sədri cənab Raşi Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza da səfər edəcək. Bu artıq cənab Raşinin Qarabağa ikinci səfəri olacaq. Hesab edirəm ki, 2022-ci ildən bəri Qarabağda aparılmış yenidənqurma işlərinin miqyası onu müsbət mənada təəccübləndirəcək. Slovakiya parlamentinin nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək. Bilirsiniz ki, bu kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir. Biz Qarabağın yenidən qurulmasında Slovakiyanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Və bu kənd işğaldan azad olunmuş torpaqlarda Azərbaycan-Slovakiya dostluğunun bir nümunəsi olacaq".
Oxşar xəbərlər
Azərbaycan və Slovakiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
Peter Pelleqrini iyulda Azərbaycana səfər edəcək
Rixard Raşi: Azərbaycan və Slovakiya Bakıda əməkdaşlığa dair danışıqlar aparacaq
Rixard Raşi Azərbaycana gəldi
Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
