Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib


"Azərbaycan ilə Ukrayna arasında münasibətlər yüksək səviyyədədir və Bakı İrpen şəhərinə daim humanitar dəstək göstərir".

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın İrpen Şəhər Şurasının rəhbəri, şəhər meri vəzifəsini icra edən Anjela Makeyeva WUF13-də Ukraynanın milli pavilyonunda deyib.

Anjela Makeyeva bildirib ki, Azərbaycan İrpen üçün xüsusi ölkədir: "İrpenin Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhər əlaqələri var. Laçın da bizim kimi işğal və hərbi əməliyyatlar yaşayıb, hazırda yenidən qurulur və sakinlər öz evlərinə qayıdırlar. Buna görə bu dostluq bizim üçün çox önəmlidir".

Şəhər rəhbəri Azərbaycanın İrpenə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib. "İrpen ilə Azərbaycan arasında münasibətlər uzun illərə söykənir. İrpendə Zərifə Əliyevanın adını daşıyan küçə, park, abidə və məktəb mövcuddur. Zərifə Əliyeva adına məktəb Azərbaycan hökumətinin və SOCAR-ın dəstəyi ilə ilk bərpa olunan təhsil müəssisələrindən biri olub. Buna görə minnətdarıq", - deyə Anjela Makeyeva əlavə edib.

Anjela Makeyeva vurğulayıb ki, İrpen sakinləri Azərbaycan xalqını doğma və qardaş xalq hesab edirlər.

Oxşar xəbərlər

Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaşı elan edib
İrpendə Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub
Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq
Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər