İzmir Böyükşəhər Bələdiyyəsi Bakıda sahilyanı şəhərsalma strategiyasını təqdim edib
sizinxeber.az xəbər saytı

İzmir Böyükşəhər Bələdiyyəsi Bakıda sahilyanı şəhərsalma strategiyasını təqdim edib


İzmirdə ilboyu istifadə oluna bilən ictimai sahələrin yaradılması hədəflənir.

"Sizinxeber.az" xəbər verir ki, bunu İzmir Böyükşəhər Bələdiyyəsinin nümayəndəsi Sara Kərimi Bodur Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Körpülər əməkdaşlıq üçün: Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında - Şəhərlərin səsləri"adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Aralıq dənizi sahilində yerləşən İzmir şəhəri sıx urbanizasiya olunmuş mərkəz, kənd əraziləri və sahilyanı rayonları birləşdirir və bu ərazilər müxtəlif mövsümi yüklənmələrlə üzləşir: "Nəticədə fərqli ictimai məkanlara və mobillik həllərinə ehtiyac yaranır. Mənzil təzyiqi yalnız yaşayış binaları ilə məhdudlaşmır, eyni zamanda sahilboyu ərazilərə də təsir göstərir. Sahil şəhərlərində yay mövsümündə əhali sıxlığı artır, nəqliyyat və parklanma problemləri yaranır, sahilə çıxış imkanları qeyri-bərabər olur".

O əlavə edib ki, bu vəziyyət eyni zamanda təmizlik, texniki xidmət və həssas sahil ekosistemləri üzərində əlavə təzyiq yaradır: "Problem çimərliklərin azlığında deyil, sahil ərazilərinin yalnız qısamüddətli mövsümi istifadə üçün formalaşdırılmasındadır. Yayda çimərliklər və ictimai məkanlar həddindən artıq yüklənir, qışda isə tamamilə boş qalır ki, bu da məkan bərabərsizliyi, infrastrukturun səmərəsiz istifadəsi və ekoloji problemlər yaradır. Məqsəd sahildə ilboyu fəaliyyət göstərə bilən ictimai məkan modeli yaratmaqdır. Biz "Super çimərlik" adlandırdığımız modeli təklif edirik. Bu yanaşmada çimərliklər gündəlik həyatın infrastruktur elementi kimi nəzərdən keçirilir. Model fasiləsiz əlçatanlıq, texniki xidmət, ekoloji yanaşma və gündəlik istifadəyə əsaslanan ictimai məkan konsepsiyasını nəzərdə tutur. Layihənin əsasını sahil xarakterinin təhlili, sosial həyat üçün dayanıqlı yaxınlıq prinsipləri və məkan əsaslı şəhərsalma yanaşması təşkil edir".

Oxşar xəbərlər

Erfan Ali: "Qlobal mənzil böhranı yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər"
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
UN-Habitat: Mənzil siyasəti yoxsulluğu azaltmaqda əsas rol oynayır
Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər