UN-Habitat nümayəndəsi mənzil təminatındakı əsas çətinlikləri açıqlayıb
Qlobal ÜDM-in 70 %-dən çoxu şəhərlərin payına düşsə də, onlar risklər də formalaşdırır.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Layihə İdarəetmə üzrə mütəxəssisi Haesunq Ahn Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində deyib.
Onun sözlərinə görə, dünyada şəhərlər ÜDM-in 70 %-dən çoxunu yaradır: "Lakin onlar böyük tələbat və risklər də formalaşdırır. Bəs mənzil təminatındakı əsas çətinliklər hansılardır? Mənzil təminatı ən fundamental hüquq və əsas tələbat olsa da, biz bu sahədə bir çox problemlərlə üzləşirik. Məsələn, evinizin iş yerinizdən çox uzaqda tikilməsi, yaxud sərfəli mənzil layihələrinin tamamilə əlçatmaz olması və ya bəzən planlaşdırma sisteminin reaksiya verə biləcəyindən daha sürətlə böyüyən qeyri-qanuni yaşayış məskənlərinin yaranması. Bunlar əsas problemlərdir və məhz buna görə də mənzil məsələləri milli və ya şəhər gündəmlərinin məşğul olduğu ən mühüm mövzulardan biridir".
O əlavə edib ki, buna görə də Milli Şəhərsalma Siyasəti (MŞS) olduqca əhəmiyyətlidir: "Çünki MŞS mənzil sahəsindəki hədəflərin real nəticələrə çevrilməsinə kömək edən əlaqələndirici bir çərçivə təmin edir. Buradan çıxan əsas ismarış odur ki, mənzil təminatının uğurlu nəticələri MŞS-in tərəfdaşları və investisiyaları nə dərəcədə düzgün əlaqələndirə bilməsindən asılıdır. Müəyyən edilmiş ən böyük üç mənzil problemi isə bunlardır: mənzillərin qeyri-adekvat (uyğunsuz) yerləşməsi, torpaqdan istifadədəki sərt məhdudiyyətlər və sosial mənzillərin yetərsizliyi. Həmçinin, öz şəhərsalma siyasətlərində mənzil problemlərinin həllinə yer ayıran bir çox ölkələr arasında davamlılıq, adekvatlıq və maliyyə baxımından əlçatanlıq mövzularına çox böyük diqqət yetirilir. Əslində, bu məsələlər konkret ölkələrin Milli Şəhərsalma Siyasətlərində öz əksini effektiv şəkildə tapır".
Oxşar xəbərlər
OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir
OECD: Mənzil problemi təcrid olunmuş deyil, sistemli şəkildə həll edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
